Həsənov Vurğun Ağası oğlu (Tərcümeyi hal)

Həsənov Vurğun Ağası oğlu

            Həsənov Vurğun Ağası oğlu 6 avqust 1995-ci ildə Siyəzən şəhərində anadan olmuşdur. 2002-ci ildə Siyəzən şəhər 1 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2013-cü ildə Siyəzən şəhər 5 saylı tam orta məktəbin 11-ci sinfini bitirmişdir. 2013-cü ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanıb, 2015-ci ilin aprel ayında hərbi xidməti başa vurub. 2019-cu ilin iyun ayında Siyəzən broyler ASC-də işə başlayıb. 2019-cu ilin 5 oktyabr tarixində Kərbəla ziyarətinə yola düşüb 23 oktyabr tarixində qayıtmışdır. 2020-ci ilin iyul ayında ermənilərin Azərbaycan torpaqlarına hücumundan sonra MN-nin saytında cəbhəyə getmək üçün könüllü olaraq qeydiyyatdan keçmişdir. 2020-ci ilin sentyabr ayının 21-i SHXÇDX-o tərəfindən Qusar rayonuna hərbi təlimlərə cəlb olunmuşdur. 27 sentyabr tarixində 2-ci Qarabağ müharibəsinin başlamasıyla birgə cəbhə bölgəsinə yollanmışdır. 21 oktyabr tarixində Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Siyəzən rayonunun ümumi qəbristanlğında dəfn edilmişdir.