Muradov Samir Tahir oğlu (Tərcümeyi hal)

Muradov Samir Tahir oğlu

Muradov Samir Tahir oğlu 30 dekabr 1995-ci ildə Siyəzən şəhərində anadan olmuşdur. 2002-ci ildə Siyəzən şəhər 3 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2013-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2014-cü ilin yanvar ayında həqiqi hərbi xidmətə yollanmışdır. 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətini bitirmişdir. Sentyabrın 29-u Abşeron rayon hərbi komissarlıq tərəfindən səfərbərliyə çağırılmışdır. 22 oktyabr  2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

            Atası – Muradov Tahir Mövlud oğlu 1 may 1968-ci ildə Siyəzən şəhərində anadan olmuşdur. Tam orta təhsillidir. Hal-hazırda işləmir.

            Anası – Muradova Mətanət Nizami qızı 28 oktyabr 1976-cı ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. Orta təhsillidir. Evdar qadındır.

            Bacısı – Hacıyeva Aytən Tahir qızı 18 mart 1994-cü ildə Siyəzən rayonunda anadan olmuşdur. Tam orta təhsillidir. Ailəlidir. Evdar qadındır. 3 övladı var. Siyəzən rayonunun Kiçik Həmyə kəndində yaşıyır.

            Bacısı – Muradova Ədilə Tahir qızı 25 dekabr 2003-cü ildə Siyəzən rayonunda anadan olmuşdur. Tam orta təhsillidir. Subaydır.