Babayev Fərhad Məhərrəm oğlu (Tərcümeyi hal)

  Babayev Fərhad Məhərrəm oğlu

            Babayev Fərhad Məhərrəm oğlu 30 yanvar 1992 ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998 ci ildə Suraxanı rayonu 278 sayli tam orta məktəbin 1 ci sinfinə daxil olmuşdur. 2009 cu ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2010 cu ildə yanvar aydında həqiqi hərbi xidmətə yollanmışdı. 2011 ci ilin iyul ayında hərbi xidmətini bitirmişdir. Hərbi xidməti bitirdikdən sonra özəl sektorda sürücü vəzifəsində işləmişdir. 28 sentyabr 2020 ci il tarixində SHXÇDX ın Suraxanı bölməsi tərəfindən səfərbər edilmişdi. 25 oktyabr 2020 ci il tarixində Şəhid olmuşdur.

            Atası – Babayev Məhərrəm Soltan oğlu 13 avqust 1957 ci ildə Siyəzən şəhərində anadan olmuşdur. Tam orta təhsillidi özəl sektorda çalışır. 

            Anası Babayeva Səmayə Rəşid gizi 20 fevral 1954 cu ildə Bakə Şəhərində anadan olub. Musiqi məktəbində Muəllimə vəzifəsində çalışır.

            Qardaşı Babayev Zamiq Məhərrəm oğlu 1985 ci ildə Bakı şəhərində anadan olub. BAku steel company şirkətində SƏTƏM vəzifəsində çalışır. 

            Bacısı Süleymanova Aysel Məhərrəm qızı 1986 cı ildə Bakı şəhərində anadan olub.  Musiqi məktəbində Müəllimə vəzifəsində çalışır.