Məmmədov Sadiq Mübariz oğlu (Tərcümeyi hal)

Məmmədov Sadiq Mübariz oğlu

15 avqust 1991-ci ildə Siyəzən şəhərində anadan olub. 1998-ci ildə Siyəzən şəhər 2 saylı tam orta məktəbin birinci sinfinə gedib. 2009-cu ildə həmin məktəbin 11-ci sinfini bitirib. Həmin ilin oktyabr ayında hərbi xidmətə gedib. 2013-cü ildə ailə həyatı qurub. 2 qız övladı var. 2016-cı ildə hərbi silah anbarında  mühafizəçi işləyib. 2012-ci ildə “SOCAR” YDM-da operator işləyib. 2020-ci ildə müddətdən artıq hərbi xidmətə gedib.  4 oktyabr 2020-ci ildə şəhid olub. Siyəzən şəhər ümumi qəbiristanlığında dəfn olunub.

Atası, Məmmədov Mübariz Balagül oğlu 9 yanvar 1967-ci il Siyəzən rayonunda anadan olub. Orta təhsillidir. “Azərsu” ASC-də çilingər işləyir. II qrup əlildir. Mikayıl Müşfiq küçəsi ev 11 ünvanında yaşayır. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Anası Məmmədova Bahar Bayraməli qızı 9 aprel 1967-ci il Siyəzən şəhərində anadan olub. Orta ixtisas təhsillidir. 2 saylı məktəbdə kitabxanaçı işləyir. Mikayıl Müşfiq küçəsi ev 11 ünvanında yaşayır. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Arvadı, Məmmədova Mapəri Rafiq qızı 17 yanvar 1995-ci il Siyəzən şəhərində anadan olub. Ali təhsillidir. İşləmir. Evdar qadındır. Mikayıl Müşfiq küçəsi ev 11 ünvanında yaşayır. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Qızı, Məmmədli Əsnad Sadiq qızı 11 oktyabr 2015-ci ildə Siyəzən şəhərində anadan olmuşdur. Siyəzən şəhər 2 saylı tam orta məktəbində məktəbəhazırlıq qrupuna gedir.

Qızı, Məmmədli Bahar Sadiq qızı 15 oktyabr 2017-ci ildə Siyəzən şəhərində anadan olmuşdur. Azyaşlıdır.

Qardaşı, Məmmədov Kamran Mübariz oğlu 10 avqust 1993-cü ildə Siyəzən şəhərində anadan olmuşdur. İşləməyib. Orta təhsillidir. Mikayıl Müşfiq küçəsi ev 11 ünvanında yaşayır. Yeni Azərbaycan Partiyasının üzvüdür.