Hüseynov Sabir Elşən oğlu (Tərcümeyi hal)

Hüseynov Sabir Elşən oğlu

            Hüseynov Sabir Elşən oğlu 14 dekabr 1999-cu ildə Siyəzən rayonu Yenikənd kəndində anadan olub.  2006-cı ildə Yenikənd kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur,  2017-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2018-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə yollanmışdır,  2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətini bitirmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra  fərdi əməklə məşğul olmuşdur. 21 sentyabr 2020-ci il tarixində  SHXÇDX-nin Siyəzən bölməsi tərəfindən səfərbər edilmişdir. 2020-ci ilin oktyabr ayının sonunda şəhid olmuş, 27 oktyabr tarixində dəfn edilmişdir.

          Atası – Hüseynov Elşən Sabir oğlu 14 fevral 1974-cü ildə Dəvəçi rayonu Yenikənd kəndində  anadan olmuşdur. Tam orta  təhsillidir,  Siyəzən NQÇİ-də sürüçü işləyir. 1992-1994-cü illərdə  Qarabağ müharibəsinin iştirakçısı olmuş və müharibə veteranıdır.

          Anası – Hüseynova Ruhiyyə Ağaməsi  qızı 28 dekabr 1976-cı ildə  Dəvəçi rayonu Tağay kəndində anadan olmuşdur,  ümumi  orta təhsillidir,  evdar qadındır.

          Bacısı – Hüseynova Gülşən Elşən qızı 07 iyul 1998-ci ildə Siyəzən şəhərində anadan olub, ümumi orta təhsillidir,  ailəlidir.