Güləliyev Vüsal Azər oğlu (Tərcümeyi hal)

Güləliyev Vüsal Azər oğlu

Güləliyev Vüsal Azər oğlu 19 noyabr 2001-ci ildə Siyəzən şəhərində anadan olmuşdur. 2008-ci ildə Siyəzən şəhər 5 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2019-cu ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2020-ci ilin yanvarın 6-sında həqiqi hərbi xidmətə yollanmışdır. 29 oktyabr 2020-ci il tarixində Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Atası – Güləliyev Azər Müzəffər oğlu 5 aprel 1976-cı ildə Siyəzən şəhərində anadan olmuşdur. Orta təhsillidir. Hal-hazırda işləmir.

Anası – Güləlilyeva Jalə Rasim qızı 18 mart 1981-ci ildə Siyəzən şəhərində anadan olmuşdur. Orta təhsillidir. Evdar qadındır.

Qardaşı, Güləlilyev Bəhram Azər oğlu 25 mart 2000-ci ildə Siyəzən şəhərində anadan olmuşdur. 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidməti bitirmişdir. 1 noyabr 2020-ci il tarixində Siyəzən rayonunun Hərbi Komissarlığından könüllü olaraq cəbhəyə yollanmışdır. Hal-hazırda cəbhədədir.

Qardaşı, Güləliyev Əli Azər oğlu 25 avqust 2012-ci ildə Siyəzən şəhərində anadan olmuşdur. Hal-hazırda Siyəzən şəhər 5 saylı tam orta məktəbin 3-cü sinfində təhsil alır.