Quliyev Alim Fuad oğlu (Tərcümeyi hal)

Quliyev Alim Fuad oğlu

Quliyev Alim Fuad oğlu 15 mart 1999-cu  ildə Siyəzən rayonu Yenikənd kəndində anadan olub.  2005-ci ildə Yenikənd kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur,  2014-cü ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 2017-ci ilin aprel ayında həqiqi hərbi xidmətə yollanmışdır,  2018-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətini bitirmişdir.  Hərbi xidmətdən qayıtdıqdan sonra  , bir müddət “Giləzi Quşçuluq Şirkəti” MMC-də fəhlə işləmişdir. 2020-ci ildən “Siyəzən Broyler” ASC-də fəhlə işləmişdir.  21 sentyabr 2020-ci il tarixində  SHXÇDX-nin Siyəzən bölməsi tərəfindən səfərbər edilmişdir.  2020-ci ilin oktyabr ayının sonunda şəhid olmuş, 01 noyabr tarixində dəfn edilmişdir.

Atası – Quliyev Fuad Əsəd  oğlu 22 dekabr 1974-cü ildə Dəvəçi rayonu Yenikənd kəndində  anadan olmuşdur. Ümumi orta təhsillidir, fərdi əməklə məşğul olub. 2019-cu ilin may ayından həbsdədir.

Anası – Quliyeva Sevda Tahir  qızı 06 yanvar 1975-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur,  ümumi orta təhsillidir,  bir müddət “Giləzi Quşçuluq Şirkəti” MMC-də fəhlə işləmişdir. 2020-ci  ilin  may ayından  “Siyəzən Broyler” ASC-də fəhlə işləyir.

Bacısı – Quliyeva Aytən Fuad qızı 08 mart 2005-ci ildə Siyəzən rayonu Yenikənd kəndində anadan olmuşdur, ümumi orta təhsillidir, “Siyəzən Broyler” ASC-də fəhlə işləyir. Ailəli olmuşdur,  hazırda  13.07.2014-cü il təvəllüdlü oğlu, Quliyev Fizuli Rauf oğlu ilə birlikdə  atasının evində  yaşayır.

Bacısı – Məcidova Aygül Fuad qızı 02 may 1994-cü ildə Siyəzən rayonu Yenikənd kəndində anadan olub, ümumi orta təhsillidir. Ailəlidir, iki övladı var, evdar qadındır, Yenikənd kəndində yaşayır.

Bacısı – Quliyeva Nərmin Fuad qızı 30 mart 2005-ci ildə Siyəzən rayonu Yenikənd kəndində anadan olmuşdur. Yenikənd kənd tam orta məktəbinin 10-cu sinfində oxuyur.