Cəbiyev Qardaşağa Nizami oğlu (Tərcümeyi hal)

Cəbiyev Qardaşağa Nizami oğlu

Cəbiyev Qardaşağa Nizami oğlu 13 yanvar 1997-ci ildə Siyəzən rayonu Balaca Həmyə kəndində anadan olmuşdur. 2004-cü ildə Balaca Həmyə kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2015-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2016-cı ilin aprel ayında həqiqi hərbi xidmətə yollanmışdır. 2017-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətini bitirmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra bir müddət işləməmiş, sonradan Azərbaycan Silahlı Qüvvələrinin N saylı Hərbi hissəsində müddətdən artıq hərbi xidmətə başlamışdır. 3 noyabr 2020-ci il tarixində şəhid olmuşdur.

Atası – Cəbiyev Nizami Qardaşağa oğlu 17 mart 1972-ci ildə Siyəzən rayonu Balaca Həmyə kəndində anadan olmuşdur. Ümumi orta təhsillidir. Fərdi əməklə məşğuldur.

Anası – Cəbiyev Rəksanə Mirzəli qızı 4 dekabr 1973-cü ildə Siyəzən rayonunda anadan olmuşdur. Ümumi təhsillidir. Evdar qadındır.

Qardaşı – Cəbiyev Qardaşəli Nizami oğlu 23 yanvar 1995-ci ildə Siyəzən rayonunun Balaca Həmyə kəndində anadan olmuşdur. Ailəlidir.

Qardaşı – Cəbiyev Hacıağa Nizami oğlu 20 aprel 2001-ci ildə Siyəzən rayonunun Balaca Həmyə kəndində anadan olmuşdur. Hal-hazırda Naxçıvan Muxtar Respublikasının N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdədir.