Xələfov Nicat İlqar oğlu (Tərcümeyi hal)

Xələfov Nicat İlqar oğlu

Xələfov Nicat İlqar oğlu 2001-ci il avqust ayının 4-ü Siyəzən şəhərində anadan olub. Bir yaşında ailəsi ilə birgə Bakı şəhəri, Sabunçu rayonu, Savalan yaşayış massivinə köçmüşdür. 2009-cu ildə Sabunçu rayonu 71 saylı orta məktəbin birinci sinfinə daxil olmuşdur.

2019-cu ildə 11-ci sinfi bitirmiş və hərbçi olmaq qərarına gəlmişdir. Elə həmin il hərbi xidmətə çağırıldıqdan sonra xidmət müddətində xüsusi hazırlıqlardan keçərək çavuş rütbəsinə laiq görülmüşdür.

Xələfov Nicat İlqar oğlu Şuşa uğrunda gedən döyüşlərdə qələbədən bir gün əvvəl qəhrəmancasına həlak olmuş və qələbə günü, doğulduğu Siyəzən şəhərində dəfn olunmuşdur.