Atakişiyev Ramiz Rafiq oğlu (Tərcümeyi hal)

Atakişiyev Ramiz Rafiq oğlu

Atakişiyev Ramiz Rafiq oğlu 1996-cı il mart ayının 4-ü Siyəzən şəhərində anadan olub. 2002-ci ildə 1-ci sinfə daxil olub. 2013-cü ildə Siyəzən şəhər 6 saylı tam orta məktəbin 11-ci sinfini bitirmişdir. 2014-cü ildə Naxçıvanda N saylı hərbi hissədə xidmət etmiş, 2016-cı il sentyabr ayında hərbi xidməti başa vurmuşdur. 2020-ci il oktyabr  tarixində  SHXÇDX-nin Siyəzən bölməsi tərəfindən səfərbər edilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Atası – Atakişiyev Rafiq Əlisoltan oğlu 1955-ci il martın 14-ü Siyəzən şəhərində anadan olmuşdur. 2008-ci il avqustun 20-də vəfat etmişdir.

Anası – Atakişiyev Xannənə 1957-ci il aprel ayının 17-i Siyəzən şəhərində anadan olub. 2011-ci ildən yataq xəstəsidir.

Bacısı – Atakişiyev Amaliya Rafiq qızı 1989-cu il oktyabr ayının 12-də Siyəzən şəhərində anadan olub. Hal-hazırda evlidir.

Qardaşı – Atakişiyev Rüfət Rafiq oğlu 1991-ci il martın 21-i Siyəzən şəhərində anadan olub. Hal-hazırda evlidir.

Qardaşı – Atakişiyev Dəyanət Rafiq oğlu 1993-cü il may ayının 29-u anadan olub. Hal-hazırda evlidir.