Əzimov Saatmirzə Feyruz oğlu (Tərcümeyi hal)

Əzimov Saatmirzə Feyruz oğlu

Əzimov Saatmirzə Feyruz oğlu 14.10.1997 Siyəzən şəhərində anadan olub. 2003-cü ildə Siyəzən şəhər 3 saylı tam orta məktəbin 1-ci sinfinə getmişdir. 2014-cü ildə 11-ci sinfi bitirmişdir. Siyəzən şəhər Uşaq İncəsənət məktəbində qarmon ixtisası üzrə təhsil alıb. 2015-2016-cı illərdə ordu sıralarında olub. 2017-2020-ci illərdə Bakı şəhərindəki Alov Mühafizə xidmətində mühafizəçi işləyib. Sentyabr ayında könüllü olaraq ordu sıralarına yazılıb. 26 oktyabr 2020-ci ilin tarixdə Vətən uğrunda gedən döyüşlərdə ağır yaralanıb. 16 dekabr 2020-ci il tarixdə şəhid olub. Siyəzən şəhər qəbristanlığında dəfn edilmişdir.

            Atası Əzimov Feyruz Saatmirzə oğlu 26.03.1967-ci ildə Siyəzən şəhərində anadan olub. Hal-hazırda Dost MMC-də fəhlə işləyir.

            Anası Əzimova Xatirə Babulla qızı 26.03.1975-ci ildə Şabran rayonu Əmirxanlı kəndində anadan olub. Siyəzən şəhər Heydər Əliyev Mərkəzində fond baxıcısı işləyir.

            Bacısı Nağıyeva Səidə Feyruz qızı 15.05.1995-ci ildə Siyəzən şəhərində anadan olub. İşləmir. Evlidir