Mirzəyev Ülvi Üzeyir oğlu (Tərcümeyi hal)

Mirzəyev Ülvi Üzeyir oğlu

Mirzəyev Ülvi Üzeyir oğlu 10 may 2000-ci ildə Siyəzən rayonu, Yenikənd kəndində anadan olmuşdur. 2007-ci ildə Yenikənd kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2018-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2018-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanmışdır, 2020-ci ilin aprel ayında həqiqi hərbi xidmətini bitirmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra bir müddət işləməmiş, sonradan “Giləzi Quşçuluq” MMC-də işləməyə başlamışdır. 21 sentyabr 2020-ci il tarixində SHXÇDX-in Siyəzən bölməsi tərəfindən səfərbər edilmişdir. 6 oktyabr 2020-ci il tarixində şəhid olmuşdur.

Atası, Mirzəyev Üzeyir Xəlfəqulu oğlu 7 fevral 1971-ci ildə Dəvəçi rayonu, Yenikənd kəndində anadan olmuşdur. İbtidai təhsillidir, fərdi əməklə məşğuldur.

Anası, Mirzəyeva Südabə Abbas qızı 5 aprel 1973-cü ildə Dəvəçi rayonu Calğan kəndində anadan olmuşdur, ümumi orta təhsillidir, “Giləzi Quşçuluq” MMC-də fəhlə işləyir.

Bacısı, Mirzəyeva Ülviyyə Üzeyir qızı ailəlidir, Şabran şəhərində yaşayır.