İsayev Tural Saləddin oğlu (Tərcümeyi hal)

İsayev Tural Saləddin oğlu

İsayev Tural Saləddin oğlu 11 aprel 1992-ci ildə Siyəzən rayonu Gilgilçay qəsəbəsində anadan olub. 1998-ci ildə Yenikənd kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur, 2009-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2010-ci ilin aprel ayında həqiqi hərbi xidmətə yollanmışdır, 2011-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətini bitirmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra 5 il “Azərkörpü” ASC-də fəhlə işləmişdir. 16 yanvar 2017-ci il tarixindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 181 saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə gəbul olunmuşdur, çavuş vəzifəsində xidmət etmişdir. İkinci Qarabağ müharibəsində döyüşlərdə iştirak etmiş, 2020-ci ilin sentyabr ayının 27-də şəhid olmuş, 30 yanvar 2021-ci tarixində dəfn edilmişdir.

Atası, İsayev Saləddin Nöhəddin oğlu 26 aprel 2004–cü il tarixində vəfat etmişdir.

Anası, İsayeva Güllünaz Mənsur qızı 06 oktyabr 1966-cı ildə Siyəzən rayonu Yenikənd kəndində anadan olmuşdur, ümumi orta təhsillidir, evdar qadındır.

Bacısı, Mirzəyeva Xədicə Saləddin qızı 05 avqust 1990-cı ildə Siyəzən rayonu Gilgilçay qəsəbəsində anadan olub, tam orta təhsillidir, ailəlidir, Siyəzən rayonu Yenikənd kəndində yaşayır.