Ağayev Ağali Tağı oğlu (Tərcümeyi hal)

Ağayev Ağali Tağı oğlu

Ağayev Ağali Tağı oğlu 29.04.1995 –ci il tarixdə Siyəzən rayonu Balaca Həmyə kəndində dünyaya göz açmışdır. 2001-ci ildə Siyəzən rayon Nazim Əsədov adına 4 saylı tam orta məktəbin 1-ci sinfinə getmişdir. 2012-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2013-cü il aprel ayında Siyəzən SHXÇDX tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2014-cü il oktyabr ayında N saylı hərbi hissədə xidmət etmişdir. 2016-cı il sentyabr ayından oktyabr ayına kimi Silahlı Qüvvələrin  Təlim Tədris Mərkəzində MHHHXHQ çavuşluq kursunu keçmişdir. 2017-ci il iyul ayından Xüsusi Təyinatlı Qüvvələrin kursunu keçmək üçün N saylı hərbi hissəyə ezam olunmuşdur. 2017-ci il  noyabr ayından N saylı hərbi hissədə xüsusi təyinatlı tağımın kəşfiyyatçı vəzifəsində xidmət etmişdir. 2019-cu il yanvar ayından N saylı hərbi hissəyə ezam olunmuşdur. 2019-cu il yanvar ayından xüsusi əməliyyat taborunun xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı vəzifəsində xidmət etmişdir. N saylı hərbi hissənin şəhərciyində yaşayırdı. 2020- ci il Sentyabr ayında Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və 26 oktyabr tarixində şəhid olmuşdur. Siyəzən rayonu Balaca Həmyə kənd qəbristanlığında dəfn olunmuşdur.