Həmidov Rəşid Pərviz oğlu (Tərcümeyi hal)

                                               Həmidov Rəşid Pərviz oğlu

19.09.1999-cu ildə Siyəzən şəhərində anadan olub. 2007-ci ildə Siyəzən şəhər 2 saylı tam orta məktəbin 1-ci sinfinə gedib. 2 il həmin məktəbdə oxuduqdan sonra yaşayış yerinin dəyişdirilməsi ilə əlaqədar təhsilini Bakı sanatoriya tipli 10 saylı internat məktəbində davam etdirib. 9-cu sinifdən sonra o, Dəmir Yolu Texnikomuna daxil olub və tam kursu bitirib. Texnikomu bitirdikdən sonra 2019-cu ildə Hərbi xidmətə yollanıb. 7 oktyabr 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub. Siyəzən şəhər ümumi qəbiristanlığında dəfn olunub.