Rəfiyev Seyfəli Musa oğlu (Tərcümeyi hal)

Rəfiyev Seyfəli Musa oğlu

21 dekabr 1997-ci ildə Siyəzən şəhərində anadan olmuşdur. 2004-cü ildə Siyəzən şəhər 3 saylı tam orta məktəbdə 1-ci sinfə getmişdir. 2015-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2016-cı ildə hərbi xidmətə gedib. Hərbi xidməti başa vurduqdan sonra 2018-ci ildən müddətdən artıq xidmətə başlayıb. 29 sentyabr 2020-ci il tarixdə şəhid olmuşdur. Balaca Həmyə kənd qəbiristanlığında dəfn olunmuşdur.

            Atası Rəfiyev Musa Məhəmməd oğlu 02 avqust 1973-cü ildə Siyəzən şəhərində anadan olmuşdur. Peşə təhsillidir. 2007-ci ildən 2020-ci ilin avqust ayınadək Avro-Asiya İnşaat Korparasiyası “EVRASCON” ASC-də qəlibçi vəzifəsində işləyib.  Hazırda işləmir. Siyəzən şəhəri, B.Dəmirov küçəsi ev 9 ünvanında yaşayır. Yeni Azərbaycan Partiyasının üzvüdür.

            Anası Rəfiyeva Könül Mollağa qızı 31 avqust 1975-ci ildə Quba rayonunda anadan olub. Orta təhsillidir, işləməyib. Evdar qadındır. Siyəzən şəhəri, B.Dəmirov küçəsi ev 9 ünvanında yaşayır.

            Bacısı Atakişiyeva Aysel Musa qızı 5 oktyabr 1995-ci ildə Siyəzən şəhərində anadan olub. Evlidir, 2 övladı var. Orta təhsillidir. Evdar qadındır. H.Talıbov küçəsində yaşayır.

            Bacısı Rəfiyeva Aynur Musa qızı 7 may 2001-ci ildə anadan olub. Hazırda Quba Tibb Kollecində 2-ci kurs tələbəsidir. Siyəzən şəhəri, B.Dəmirov küçəsi ev 9 ünvanında yaşayır.

            Qardaşı Rəfiyev Məhəmməd Musa oğlu 31 avqust 2009-cu ildə Siyəzən şəhərində anadan olmuşdur. Məktəblidir. Siyəzən şəhəri, B.Dəmirov küçəsi ev 9 ünvanında yaşayır.