Əkbərov Mətləb Zülfüqar oğlu (Tərcümeyi hal)

Əkbərov Mətləb Zülfüqar oğlu

Əkbərov Mətləb Zülfüqar oğlu 21 yanvar 2001-ci ildə Siyəzən rayonu, Yenikənd kəndində anadan olmuşdur. 2007-ci ildə Yenikənd kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2018-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2019-cu ilin yanvar ayında həqiqi hərbi xidmətə yollanmışdır. 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətini bitirmişdir. Həmin tarixdən də Müdafiə Nazirliyinin 181 saylı hərbi hissəsində müddətdən artıq hərbi xidmət etməyə başlamışdır. 9 oktyabr 2020-ci il tarixində şəhid olmuşdur.

Atası, Əkbərov Zülfüqar Əlyağa oğlu 3 mart 1969-cu ildə Dəvəçi rayonu, Gilgilçay stansiyasında anadan olmuşdur. Tam orta təhsillidir. “EVRASKON” ASC-də qəlibçi işləyir.  

Anası, Əkbərova İradə Ağami qızı 12 aprel 1969-cu ildə Xaçmaz rayonu, Xudat kəndində anadan olmuşdur. Tam orta təhsillidir. Evdar qadındır.

Bacısı, Əkbərova Nahidə Zülfüqar qızı 3 noyabr 1997-ci ildə Siyəzən rayonu, Yenikənd kəndində anadan olmuşdur. Tam orta təhsillidir. Ailəlidir. Evdar qadındır.        2 övladı var, Siyəzən şəhərində yaşayır.