Məhərrəmov Elməddin Şahlar oğlu (Tərcümeyi hal)

Məhərrəmov Elməddin Şahlar oğlu

Məhərrəmov Elməddin Şahlar oğlu 13 noyabr 1999-cu ildə Siyəzən rayonu Məşrif kəndində anadan olmuşdur. 2005-ci ildə Siyəzən rayonu Feyruz cəlilov adına Məşrif kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2014-cü ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 4 iyul 2019-cu il  tarixdə həqiqi hərbi xidmətə getmişdir. 14 oktyabr 2020-ci il tarixində şəhid olmuşdur. Siyəzən rayonu Qərəh kəndində yerləşən kənd qəbiristanlığında dəfn olunmuşdur. Subaydır. Heç bir yerdə işləməyib.

Atası, Məhərrəmov Şahlar Orucəli oğlu 18 yanvar 1971-ci ildə Siyəzən rayon Məşrif kəndində anadan olmuşdur. 1-ci qrup əlildir. Məşrif kəndində yaşayır.

Anası, Məhərrəmova Dilarə Əlirza qızı 29 iyul 1969-cu ildə Siyəzən rayonu Məşrif kəndində anadan olmuşdur. İşləmir. Məşrif kəndində yaşayır. Bacısı, Məhərrəmova Aytac Şahlar qızı 15 may 1998-ci ildə Siyəzən rayonu Məşrif kəndində anadan olmuşdur. 2019-cu ildə Qafqaz Universitetinin “Dünya İqisadiyyatı” fakultəsini bitirmişdir.  İşləmir. Subaydır.  Məşrif kəndində yaşayır.