Qafarov Elnur Mirzəxan oğlu (Tərcümeyi hal)

Qafarov Elnur Mirzəxan oğlu

21 dekabr 1981-ci ildə Siyəzən şəhərində anadan olmuşdur. 1988-ci ildə Siyəzən şəhər 2 saylı tam orta məktəbin 1-ci sinfinə gedib. 1997-ci ildə həmin məktəbin 9-cu sinfini bitirdikdən sonra sürücülük məktəbinə daxil olub. 2001-ci ildə hərbi xidmətə gedib və 2002-ci ilin oktyabr ayında hərbi xidməti başa vurub. 2013-cü ildə müddətdən artıq hərbi xidmətə başlayıb. 16 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub. Evlidir, 2 uşağı var.

Atası, Qafarov Mirzəxan Dəryaqulu oğlu 2 fevral 1958-ci ildə Siyəzən şəhərində anadan olub. “Siyəzənneft” NQÇİ-də işləyib. 2018-ci ildə vəfat edib.

Anası, Qafarova Gülbacı Alış qızı 28 sentyabr 1959-cu ildə Siyəzən şəhərində anadan olub. Evdar qadındır. B.Dəmirov küçəsi, ev 38 ünvanında yaşayır.

Arvadı, Qafarova Arzu Ağabəkir qızı 14 fevral 1991-ci ildə Xaçmaz şəhərində anadan olub. Orta təhsillidir. Evdar qadındır. B.Dəmirov küçəsi, ev 38 ünvanında yaşayır.

Oğlu, Qafarzadə Pərviz Elnur oğlu 10 may 2009-cu ildə Siyəzən şəhərində andan olub. Məktəblidir.

Qızı, Qafarzadə Gülay Elnur qızı 28 oktyabr 2012-ci ildə Siyəzən şəhərində andan olub. Məktəblidir.

Qardaşı, Qafarov Amid 16 fevral 1983-cü ildə Siyəzən şəhərində anadan olub. İşləmir. Orta təhsillidir. O.Qoçəliyev küçəsi, ev 60 ünvanında yaşayır.

Qardaşı, Qafarov Kamran Mirzəxan oğlu 2 sentyabr 1990-cı ildə Siyəzən şəhərində anadan olub. Orta təhsillidir. “Dost İş” MMC-də fəhlə işləyir. B.Dəmirov küçəsi, ev 38 ünvanında yaşayır.

Bacısı, Rəşidova Gülnar Mirzəxan qızı 10 oktyabr 1985-ci ildə Siyəzən şəhərində anadan olub. Evlidir, 4 övladı var. Evdar qadındır.

Bacısı, Şıxəliyeva Rəhimə 27 avqust 1984-cü ildə Siyəzən şəhərində anadan olub. Evlidir, 2 övladı var. Beşdam kənd tibb məntəqəsində işləyir. Orta təhsillidir.

Qaynatası, Əsbəndiyev Ağabəkir Müslüm oğlu 7 iyun 1968-ci il Xaçmaz şəhərində anadan olmuşdur. İşləmir. Orta təhsillidir. Xaçmaz rayonu, Yelgüc kəndində yaşayır.

Qaynanası, Qafarova Rəsmiyyə Qafar qızı 07.09.1968-ci il ildə Xaçmaz şəhərində anadan olmuşdur. Orta təhsillidir. Evdar qadındır. İşləmir. Xaçmaz şəhərində yaşayır.

Qaynı, Əsbəndiyev Rüstəm Ağabəkir oğlu 22 iyun 1988-ci ildə Xaçmaz şəhərində anadan olub. Fərdi əməklə məşğul olur. Orta təhsillidir. Xaçmaz şəhərində yaşayır.